Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı qoca qadın xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, qəza Akim Abbasov küçəsində baş verib.
1929-cu il təvəllüdlü Allahyarova Xalidə Səftər qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti nisbətən yüngüldür.
Fakt araşdırılır.
Milli.Az