Bakıda iki nəfəri avtomobil vurub

10 Mart 2021 07:22

Bakının Nərimanov və Sabunçu rayonlarında yol qəzaları zamanı iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonunda Baksol kimi tanınan ərazidə baş verib. 

1962-ci il təvəllüdlü Əliyev İlqar Şirzad oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. 

Digər bir yol-nəqliyyatı hadisəsi isə Bakıxanov qəsəbəsində baş verib.

1968-ci il təvəllüdlü Nağıyeva Kəmalə Kamal qızı yolu keçmək istəyərkən onu avtomobil vurub. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az