"Portu" "Yuventus"u Çempionlar Liqasından kənarlaşdırdı, "Borussiya" 1/4 finalda - VİDEO

10 Mart 2021 07:09

İtaliyanın "Yuventus" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda əlavə vaxtda Portuqaliyanın "Portu" komandasını 3:2 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, meydan sahiblərin heyətində qolları Federiko Kyeza (49, 63-cü dəqiqə) və Adrien Rabyo (117), qonlardan Serjiu Oliveyra qol vurub (19, 115).

İlk qarşılaşma 2:1 hesabı ilə "Portu"nun qələbəsi ilə başa çatdı. Beləliklə, ümumilikdə Portuqaliya klubu 1/4 finala çıxıb.

Digər oyunda Almaniyanın "Borussiya" (Dortmund) klubu doğma meydanda İspaniya "Sevilya"sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda "Borussiya" 3:2 hesablı qələbə qazanmışdı. Cavab oyunu heç-heçə bitsə də, növbəti mərhələyə vəsiqə Almaniya təmsilçisi qazanıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
9 mart
 
"Borussiya" (Dortmund) - "Sevilya (İspaniya) - 2:2
Qol: Haland, 35; 54 - En Nesiri, 69-pen; 90+6.
Dortmund, "Siqnal İduna Park". Baş hakim: Cüneyt Çakır (Türkiyə)
(ilk oyun - 3:2)
 
"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) -  3:2
Qol: Kyeza, 49; 63. Rabyo, 117 - S.Oliveyra, 19-pen; 115.
Turin, "Alyans Arena". Baş hakim: Byorn Keypers (Niderland)
(ilk oyun  - 1:2)

Milli.Az