Bu il 24 yatağın işlənməsi ilə bağlı hərrac keçiriləcək

9 Mart 2021 17:30

Yer təkinin istifadəyə verilməsi ilə bağlı hərracların keçirilməsinə çox qısa zamanda başlanılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" proqramında deyib.

Onun sözlərinə görə, bunun üçün artıq agentlik tərəfindən 24 yataq müəyyənləşdirilib. Onların mərhələli şəkildə il ərzində istifadəyə verilməsi gözlənilir:

"İlk yataq Göygöldəki gil yatağı olacaq. Bu yataqla bağlı müvafiq dəqiqləşdirmələr aparılıb. Yataqla bağlı elan çox yaxın vaxtlarda veriləcək, elan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elanlar bölməsində yerləşdiriləcək".

Milli.Az