ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar artist Cavanşir Məmmədov olub.
Milli.Az xəbər verir ki, sənətçi pandemiya dönəmində dostlarının onu pulsuz qoymadığını deyib:
"Pandemiya dövrüdür. 1 ildir işləmirik. Biz xalqa məxsusuq. Vaxtilə xalqa çox kömək etmişik. İndi kömək etdiklərimizin gününə düşmüşük. Bəs bizə hansı oliqarx kömək edir? Amma mənim dostlarım var. Hər həftə mənə zəng edirlər. Sürücü ilə konvertdə pul göndərirlər. Qaytarıram ki, hələ var. Qurtaranda deyərəm".
Milli.Az