"Gürcüstanı Gürcüstan edən Azərbaycandır" - Sabiq səfir

9 Mart 2021 17:22

Türkiyə ilə Azərbaycan əməkdaşlığı Qərbə həqiqətləri göstərdi. Avropa unutmasın ki, onların enerji təhlükəsizliyi Azərbaycandan başlayır. Onlar bunu düşünməlidir.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişində qonaq olan Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. O bildirib ki, bu məsələdə gücümüzü Avropa xalqına göstərməliyik:

"Türkiyə ilə Azərbaycan birləşərək bölgədə güc oldu. Bundan sonra bizim üçün daha da yaxşı olacaq. Artıq "bir dövlət, bir millət" kimi işləyirik və bir ordumuz var. 
Azərbaycanın Türkiyədə bir çox böyük yatırımları olub. Müharibədə olan gənc dövlət Türkiyəyə 20 milyard dollarlıq sərmayə qoydu". 

H. Kılıc onu qeyd edib ki, Gürcüstanın inkişafında da rəsmi Bakının rolu böyük olub:
"Hər kəs bilsin ki, bu gün Gürcüstanı Gürcüstan edən Azərbaycandır. Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təmiri və inşaası üçün Azərbaycan Tiflisə 750 milyon dollarlıq kredit verdi. Onların layihənin icrasında yaratdıqları çətinliklərdən və sonda buna görə peşman olduqlarından da xəbərdaram".

Milli.Az