Bələdiyyələrlə bağlı illik məruzə təsdiq edildi

9 Mart 2021 13:09

Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Milli.Az