8 martda özünü 6-cı mərtəbədən atdı - Bakıda intihar

9 Mart 2021 13:03

Bakıda dünən intihar hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 36 yaşlı kişi özünü öldürüb.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Salman Fərmanov martın 8-i, səhər 7 radələrində özünü yaşadığı binanın altıncı mərtəbəsində yerləşən eyvandan özünü atıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az