Gürcüstanda koronavirusa təkrar yoluxma qeydə alındı

9 Mart 2021 12:46

Gürcüstanda yeni növ koronavirus infeksiyasına (COVID-19) təkrar yoluxma halı aşkar edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O qeyd edib ki, 3 ay intervalla koronavirusa ikinci dəfə yoluxmaya dair bir hal təsdiqlənib.

Yoluxan şəxsin yaşlı olmadığı bildirilib.

Milli.Az