Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Moldovanın qonağı olacaq. Çoresku şəhərindəki "FMF Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşmada millimzi 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi komanda bu gün qələbə qazanacağı halda qrupda ilk iki yerdən birini təmin edəcək.
9 mart
20:30. Moldova - Azərbaycan
Hakimlər: Damian Qrabovski, Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova)
Çoresku, "FMF Arena"
Milli.Az