Qəza qaz xəttini yararsız hala saldı - VİDEO

9 Mart 2021 14:51

Gecə saatlarında Tovuz rayonunun H.Əliyev prospektiində avtomobil qəzası zamanı diametri 108 mm olan qaz xətti yararsız hala düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb.

Milli.Az