Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

9 Mart 2021 13:51

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk matç günündə 2 qarşılaşma keçiriləcək. "Yuventus" doğma meydanda  "Portu" ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda Portuqaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Digər matçda isə "Sevilya" Dortmund "Borussiya"sının qonağı olacaq. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Almaniya klubu doğma meydanda da bu üstünlüyünü qorumağa çalışacaq.

9 mart

00:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:2

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)
İlk oyun - 3:2

10 mart

00:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
İlk oyun - 2:0

00:00. PSJ (Fransa) - "Barselona" (İspaniya)
İlk oyun - 4:1

Milli.Az