Koronavirusa yoluxan atasını itirən Səlimin anası da vəfat etdi - "Mənim üçün artıq hər şey bitdi" - FOTO

9 Mart 2021 13:12

Əməkdar artist Səlim Abbasovun anası Laləgül xanım dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu haqda musiqiçi axşam.az-a açıqlamasında deyib. O bildirib ki, anası şəkərli diabetdən əziyyət çəkirmiş:

"Nə anama, nə atama kömək edə bildim. Atam öləndə xaricdə idim. Bu həyatda onlar üçün yaşayırdım. Bu dərdi çəkə bilmərəm. Mənim üçün artıq hər şey bitdi".

Qeyd edək ki, Səlimin atası 3 gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az