Özcan Dəniz həbs oluna bilər

9 Mart 2021 09:35

Həyat yoldaşı Feyza Aktanı döydüyü iddia olunan türkiyəli aktyor Özcan Dənizin məhkəməsində axtarış prosesi sona çatıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prokuror aktyorun 6 aydan 1 il 6 aya qədər həbsini tələb edib.

Hakim ikinci məhkəmə prosesində qərar qəbul edəcək.

Qeyd edək ki, Feyza Özcanın ona Almaniyada şiddət göstərdiyini bildirmişdi.

Milli.Az