Tovuzda iki minik avtomobili toqquşub

9 Mart 2021 09:00

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda "Mercedes" və "Toyota" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az