ASAN könüllülərindən şəhid xanımlarına diqqət - FOTO - VİDEO

8 Mart 2021 18:53

ASAN könüllüləri 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə şəhid hərbi qulluqçuların həyat yoldaşlarını təbrik ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, "ASAN Könüllüləri" Təşkilatı da şəhid xanımlarını təbrik edib: ""ASAN Könüllüləri" Təşkilatı bütün şəhid analarını, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarını 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir, onlara səbr, təmkin və dözüm arzulayır!"

Milli.Az