DİN-dən feministlərin aksiyası ilə bağlı daha bir açıqlama - YENİLƏNİB

8 Mart 2021 17:42

17:42

Daxili İşlər Nazirliyi aksiya ilə bağlı daha bir açıqlama yayıb.

Milli.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu gün bir qrup qadın icra hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz aksiya keçirməyə cəhd ediblər:

"Dərhal polis əməkdaşları tərəfindən aksiyanın qarşısı alınıb. Təxminən 15 nəfərə yaxın iştirakçı saxlanılıb, onlara xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırılıblar".

---------
16:04

Daxili İşlər Nazirliyi Bakıda bir qrup feministin aksiya keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, aksiya zamanı saxlanılan olmayıb:

"Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib".

Milli.Az