Zəngilanda polis belə xidmət aparır - VİDEO

8 Mart 2021 18:24

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları xidməti fəaliyyətini bərpa edib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zəngilan rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir:

"Rayon ərazisində postlar qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib".

Milli.Az