Maşınla həmyerlisini vurub öldürdü

8 Mart 2021 18:11

Dünən Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saat 19 radələrində Yevlax rayonu ərazisində rayon sakini E.Abbasov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən həmyerlisi S.Əliyevi vurub.

Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az