Qadın sürücüləri yol polisləri belə təəccübləndirdilər - FOTO

8 Mart 2021 17:58

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbirlər keçirilir.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən  xanım sürücülərə hədiyyələr təqdim olunur.  Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.

Qurum rəsmisi qeyd edib ki, münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.

Milli.Az