Əfsanəvi basketbolçunun kolleksiya kartı hərracda rekord qiymətə satılıb - FOTO

8 Mart 2021 18:37

Faciəvi şəkildə həlak olmuş əfsanəvi basketbolçu Kobe Brayantın təsviri olan kolleksiya kartı hərracda rekord 1,79 milyon dollara satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumat "Goldin Auctions"un rəsmi "Facebook" səhifəsində dərc edilib.

Alıcının kimliyi açıqlanmır.

Xatırladaq ki, məşhur basketbolçu Kobe Brayant və qızı Janna-Mariyanın olduğu helikopter 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb.

Helikopterin göyərtəsindəki doqquz nəfərin hamısı həlak olub.

Milli.Az