"Barselona"nın yeni prezidentindən Messi açıqlaması

8 Mart 2021 18:18

"Tarixin ən yaxşı futbolçusu seçki məntəqəsinə oğlu ilə gəldi və səs verdi. Bu, onun "Barselona"nı nə qədər sevdiyini nümayiş etdirir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın yeni prezidenti Joan Laporta klubun rəsmi saytına açıqlamasında deyib.

Komandanın kapitanı Lioenel Messinin "Barselona"dakı gələcəyi ilə bağlı sualı cavablandıran klub rəhbəri bildirib: "Biz gözəl bir ailəyik. Bu səmimiyyətin Messinin "Barselona"da qalmasına kömək edəcəyinə inanıram".

Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu ilin iyununa qədərdir

Milli.Az