Bir maşın alma yola dağıldı - FOTO - VİDEO

8 Mart 2021 15:37

Quba-Xaçmaz yolunda hərəkətdə olan yük maşınından almalar yola dağılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz magistralının Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola tökülüb.

Hadisəyə maşının yük yerinin örtük hissəsinin cırılması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az