ABŞ-da reper öldürüldü

8 Mart 2021 12:28

Amerikalı reper Çaki Trill qətlə yetirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə ABŞ-ın Corciya ştatında baş verib.

33 yaşlı musiqiçi gecə saatlarında avtomobildən açılan atəş nəticəsində ağır yaralanıb. Xəstəxanaya çatdırılan reperin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis hadisəni törədənlərin axtarışlarını aparır.

Milli.Az