Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

8 Mart 2021 13:40

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  147 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  272 998, ölənlərin sayı isə 3 591 nəfərə çatıb.

Virusa yoluxanlardan 266 886 nəfərin sağaldığı bildirilir.

Milli.Az