"Qızım ayrılıq səbəbini soruşur, amma demirəm"

8 Mart 2021 13:27

Uşaqlarımın bu sualı qarşısında aciz qalmışam: Niyə ailə quranda seçimi atamızla etdin? Dedim ki, qızım, böyüyərsən, bu haqda danışarıq. İndi bu haqda danışmaq istəmirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "ATV maqazin onlarla" proqramında deyib. Müğənni ayrıldığı həyat yoldaşı İlham Qafarovdan danışıb. O bildirib ki, keçmiş əri qızları ilə görüşmür:

"Qızım ayrılıq səbəbini soruşur, amma demirəm. İndi onun bunu bilmək yaşı deyil. Zaman keçəcək, biləcək. İstəmirəm onların gözündən salım. Qoy onların ataları gözlərində necədirsə, elə də qalsın. Mən tərəfdən bir problem yoxdur, istəyəndə atalarını görsünlər. Amma qarşı tərəf can atmır ki, uşaqlarını görsün.

Dövlətin qoyduğu qayda ilə övladlarıma aliment verilməlidir. Özümə yox, uşaqlara istəyirəm. Qarşı tərəf buna qane olmadı və çıxıb efirdə danışdı. Düşünməliydi ki, qızlarım böyüyür. Heç nə demədim, amma o, ata idealını sındırdı. Düşünmür ki, övladlarımın qapısı döyüləcək, onlara elçi gələcək. Oturub mənimlə danışardı. Hər zaman əlində bayraq tuturdu ki, Lalə toylara gedir. Bir ildir toy yoxdur, uşaqlar nə ilə dolanır?"

Milli.Az