Azneft meydanında 2 avtomobil toqquşdu - FOTO

8 Mart 2021 15:24

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Azneft meydanında qeydə alınıb. 

Naib Zamanovun idarəetməsində olan "Mercedes" markalı avtomobil dairədə hərəkətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Milli.Az