Gəncədə ailə faciəsi: ana və uşaqları dəm qazından öldülər

8 Mart 2021 10:31

Gəncə şəhərində evdə ana və iki azyaşlı uşağının meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 8-də, səhər saatlarında baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Leyla Məmmədova, onun oğlu, 2014-cü il təvəllüdlü Murad və qızı, 2015-ci il təvəllüdlü Xədicə hamamda çimdikləri zaman dəm qazından zəhərlənərək boğulub ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az