Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO

8 Mart 2021 10:26

Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. 

Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. 

Allah rəhmət eləsin! 

Milli.Az