İcra başçısı Badamdarda sürüşmə olan əraziyə gəlib - YENİLƏNİB - VİDEO - FOTO

8 Mart 2021 12:08

12:08

Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, icra hakimiyyətinin başçısı hadisə zamanı zərər dəyən obyektlərə baş çəkib.

Vüqar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub.

Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən əlavə məlumat veriləcək.

---------
11:24

Badamdarda sürüşmə xəbərləri ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

Milli.Az xəbər verir ki, nazirlikdən qafqazinfo-ya bildirilib ki, ərazidə yol təmizlənir:

"Yamacın aşağı hissəsi çəkilərkən, torpaq aşağı tökülüb. Ərazidə sürüşmə olmayıb".

----------
10:27

Bakının Səbail rayonunda bir az əvvəl baş verən sürümə nəticəsində bir neçə gün əvvəl təmizlənən Badamdar şossesi yenidən bağlanıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb. 

----------
10:03

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən hadisə yerindən fotoları təqdim edir.

Milli.Az