“Kasıb sevgilini neynirəm?”

8 Mart 2021 09:32

"Baba Ocağı" serialı ilə ulduzu parıldayan aktrisa Ceren Hindistan hazırda Maldiv adalarında istirahət edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa  istirahətdə çəkilən fotolarını tez-tez İnstaqram hesabında izləyiciləri ilə bölüşür.

Ötən gün isə sosial mediadan ona ünvanlanan sualları cavablandıran Hindistan, müzakirələrə səbəb olub.  Belə ki, istifadəçilərdən biri aktrisaya "Bilərəkdən varlı insanlarla sevgili olursan yoxsa təsadüfən" sualını verib. O, isə cavabında "Kasıb sevgilini neynirəm?" - deyib.

Onun bu sözləri sosial media istifadəçilərinin tənqidinə tuş gəlib. Onlar həyatda pulla ölçülməyən dəyərlər olduğunu bildiriblər.

Milli.Az