Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurub - FOTO

7 Mart 2021 22:12

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin daş hasarının bir hissəsi uçub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisəyə səbəb güclü külək olub.

Xəsarət alan olmayıb.

Milli.Az