Suriyada terakt: 18 nəfər ölüb, 3 nəfər yaralanıb

7 Mart 2021 21:41

Suriyanın Hama əyalətinin şərqində terrorçular tərəfindən mina yüklənmiş iki avtomobil partladılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, terror hadisəsi zamanı azı 18 nəfər ölüb, üç nəfər yaralanıb.

Partlayış Əs-Salamiya şəhəri yaxınlığında Vadi al-Azib bölgəsində baş verib.

Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən davam edir. 2017-ci ilin sonunda Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı qələbə elan edilib.

Milli.Az