Pakistan ordusundan əməliyyat: 8-i məhv edildi

7 Mart 2021 15:46

Pakistanın Şimali Vəziristan əyalətinin Boya və Dosali bölgələrində Talibana qarşı əməliyyat keçirilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Keçirilən 2 ayrı əməliyyat zamanı 8 Taliban üzvü məhv edilib. Öldürülən yaraqlıların bir neçə terror hadisəsində əli olduğu bildirilir.

Milli.Az