İbrahimlə qızını o barışdırıb

7 Mart 2021 15:39

Bir müddət əvvəl müğənni İbrahim Tatlısəs küsülü olduğu qızı Dilan Çıtakla barışıb.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, onları İbrahimdən 41 yaş kiçik sevgilisi Gülçin Karakaya barışdırıb. Tatlısesin evlənməyə hazırlaşdığı Gülçin Dilanla yaxın rəfiqədir. O, tez-tez İnstaqram hesabında  Çıtakla çəkdirdiyi fotolarını paylaşır.

Qeyd edək ki, ata ilə qızı arasındakı küslülüyə səbəb, İbrahimin Dilana Kuşadasında yerləşən binasından ev verməməsi idi.

Milli.Az