Hərbi təlim düşərgəsi PUA ilə vuruldu

7 Mart 2021 13:30

Husi qruplaşması Yəmənin Taiz şəhərindəki hərbi təlim düşərgəsini PUA ilə vurub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, hücum zamanı 1 hərbçi həlak olub, 14-ü isə yaralanıb.

Məsələ ilə bağlı Husi qruplaşması heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, Taiz şəhərində həm husilərin, həm də hökumət qüvvələrinin müşahidə məntəqələri mövcuddur.

Milli.Az