Ermənistanlı hərbçi: “Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” - VİDEO

7 Mart 2021 12:15

Minlərlə müxalifət tərəfdarı hər gün Yerevanda parlament binasının qarşısında etiraz edir. Baqramyan prospektində etiraz iştirakçıları çadır şəhərciyi salıblar.

Milli.Az Currenttime.tv-yə istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsində iştirak edən keçmiş erməni hərbçilər Hayk və Gevorg həyəcanlarını bölüşüblər:

"Qarabağla bağlı sülh sazişinin imzalanmasının tərəfdarıyıq. Bunun sayəsində biz və dostlarımız sağ qaldıq".

19 yaşlı Hayk müharibədə yaralandıqdan sonra hələ də Yerevandakı yerli xəstəxanada müalicə alır:

"Bu müqavilə imzalanmasaydı, hətta indiki vəziyyətdə də olmazdıq. Bütün ordumuz orada ölmüş olardı. Və burada olan bir çox insanın orada nə baş verdiyindən xəbəri yoxdur".

Zaur H.
Milli.Az