Rusiyada COVİD-19-dan ölənlərin sayı 90 min nəfərə çatır

7 Mart 2021 12:37

Rusiyada son sutka ərzində daha 10 595 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 322 776 nəfərə çatıb.

Son sutka ərzində 368 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 89 094 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır.

Milli.Az