Əsəd rejimi İdlibi vurdu: yaralılar var

7 Mart 2021 12:10

Suriyada Əsəd rejimi qüvvələri İdlibə silahlı hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hücum nəticəsində 6 mülki şəxs yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az