Bakıda külək məktəbin damını uçurdu - VİDEO - FOTO

7 Mart 2021 11:36

Bakıda külək məktəbin damını uçurub.

Hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Paytaxtda əsən güclü külək səbəbindən Pərviz İsmayılov adına 278 sayılı məktəbin damı uçub.

Şahidlərin sözlərinə görə, hadisə vaxtı xoşbəxtlikdən ərazidə adam olmayıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb.

İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

Milli.Az