Sevgili olduqlarını təsdiqlədi - FOTO

7 Mart 2021 12:03

Türkiyəli aktrisa Berrak Tüzünataç həmkarı Uraz Kayqılaroğlu ilə sevgili olması haqda çıxan xəbərlərə sərt reaksiya göstərib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa jurnalistlərin bu barədə ona ünvanlandığı suallara "Sizə açıqlama vermək məcburiyyətində deyiləm" cavabını verib.

Qeyd edək ki, aktyor ötən gün İnstaqramın hekayə bölməsində "Uyanmam" adlı mahnıya Berrakı da işarələyərək paylaşıb. Onun bu addımı cütlüyün eşq yaşaması xəbərini təsdiqləyib.

Milli.Az