Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların say 407 979 nəfərə çatıb

7 Mart 2021 11:16

6 mart tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17,495 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib. 

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Milli.Az