Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

7 Mart 2021 10:34

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Milli.Az