Bakıda ağır qəza: 22 yaşlı gənc xəstəxanalıq oldu

7 Mart 2021 09:49

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1999-cü il təvəllüdlü Əliyev Tural Nizami oğlu xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkim müayinəsindən sonra ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az