Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı

6 Mart 2021 23:19

Polşada Poznan - Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Milli.Az