Ərini həbs etdirdi

6 Mart 2021 18:04

Əkizlərinin atası Mehmet Tuş haqqında 2 ay uzaqlaşdırma qərarı çıxartdıran model Elif Ece Uzun yenidən keçmiş ərini məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ərinin şiddətinin davam etdiyini söyləyib. Məhkəmə iş adamına 3 gün həbs cəzası verib.

Elif ərinin uzaqlaşdırma qərarına baxmayaraq ona yenidən yaxınlaşdığını söyləyib:

"Barışmaq üçün yalvardı. Mən də bağışladım. Amma boşanma davasına görə mübahisə etdik. Mənə dedi ki, səni məhv edəcəm, uşaqları əlindən alacam. Məni təhqir edib, hədələdi. Yerdə sürüyüb, təpiklədi".

Milli.Az