Fəqərəarası yırtığı əməliyyatsız necə sağaltmaq olar?

9 Mart 2021 07:41

Bel hissədə baş verən ağrılar onurğada əmələ gələn patologiyalarla əlaqədar olur. Ağrıların baş vermsinin əsas səbəblərindən biri də disklər arasında əmələ gələn yırtıq səbəbindən olur. Bəzi mütəxəssislər onurğa yırtığı zamanı əməliyyat etmənin əleyhinədirlər. Onlar yırtığın ozonoterapiya vasitəsilə malicə oluna biləcəyini qeyd edirlər.

Onurğaarası disk yırtığının əlamətləri aşağıdakılardır:
1. Onurğanın bel şöbəsinin yırtığı
Bu ən çox bel nahiyədə ağrıların olması ilə müşahidə edilir. Ağrılar ayaqlara vurur və ayaqlarda keyimələr, uyuşmalar meydana gəlir.
2. Onurğanın boyun şöbəsinin yırtığı
Bu boyun, baş və qollarda ağrıların olması ilə müşahidə edilir. Bəzən sinirlərin qidalandırdığı nahiyələrdə uyuşmalar müşahidə edilir.
3. Onurğanın döş şöbəsinin yırtığı
Bu zaman döş qabırğalarında ağrılar baş verir. Bu ağrılara bəzən dərman preparatları da təsir eləmir.

Yırtığın müalicəsi
Yırtığın başlanğıc mərhələlərində onu əməliyyatsız müalicə etmək mümkün olur. Bunu isə iynə vasitəsilə ozonlaşma tətbiq edilərək etmək olur.

Ozon əmələ gələn yırtığın həcmini kiçildir və zədələnmiş nahiyəni neytrallaşdırır. Ozon müalicəsi yırtıq olan nahiyəyə antioksidant təsir göstərir və əzələlərdə olan spazmı aradan qaldırır. Bu vasitə ilə dünyünın bir çox ölkələrində onurğa yırtığının müalicə edilir.
Oxuduqlarınızı bəyəndinizsə dostlarınızla da paylaşmağınızı xahiş edirik.

Milli.Az