Kənan MM-in Mübariz Mənsimovun azadlığa çıxmasına reaksiyası TƏNQİD OLUNDU - VİDEO

6 Mart 2021 14:34

Kinorejissor Kənan MM-in ağlaya-ağlaya öz videosunu çəkib sosial şəbəkədə paylaşması tənqid olunub.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, o, "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimovun həbsdən azad olunması ilə bağlı xəbəri eşidəndən sonra ağlamağa başlayır.

Görüntünün Türkiyədə, məhkəmə iclasının keçirildiyi binanın qarşısında çəkildiyi görünür.

Kənan MM-in belə bir video paylaşması gülüşlə qarşılanıb və tənqid olunub.

Milli.Az