"Ermənilər belə səhv etsə, bu, onlara baha başa gələr" - Hulusi Kılıç

6 Mart 2021 16:03

Qarabağda hərəkətlilik var kimi görünür, biz də bunu yaxından izləyirik. Ermənilər tərəfindən hansısa səhv addım atılarsa, bu, onlara baha başa gələr. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3+3 formatı ilə bağlı təklifinə ermənilərin razılıq verməsi lazımdır:

"Bu, bölgənin inkişafı və təhlükəsizliyi üçün əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması vacibdir. Hər kəs bundan faydalanacaq".

Sabiq səfir onu da qeyd edib ki, 10 Noyabr sazişindən sonra Ermənistanda vəziyyət pisləşib:
"Sazişdən 4 ay keçsə də, yenə hər gün Ermənistanda bir olay yaşanır. Biz bölgədə barış, sülh olsun istəyirik".

Milli.Az