Rüstəm qələbə ilə başladı, Hidayət uduzdu

6 Mart 2021 13:00

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı   - Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.

Kişilər
73 kq

Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib.

81 kq

Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb, Hidayət Heydərov isə eyni mərhələdə Gilyerme Şmidtə (Braziliya) uduzub.

Milli.Az